Əsas Səhifə > Ana xəbər / Güney Press > II Qaregin BƏƏ-yə getdi: Tərəfdarlarını bir araya toplayacaq
II Qaregin BƏƏ-yə getdi: Tərəfdarlarını bir araya toplayacaqBu gün, 11:27 |
Bütün ermənilərin ali patriarxı və katolikosu II Qaregin bu gün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib. Teleqraf xəbər verir ki, bu barədə “Armenpress” agentliyi məlumat yayıb. Məlumata görə, səfər çərçivəsində Qaregin Əbu-Dabidə yerləşən Müqəddəs Nazaret Kilsəsinin və Kəlküttədəki Erməni Xeyriyyə Seminariyasının himayədarları ilə görüşəcək. Görüş zamanı seminariyanın fəaliyyəti və erməni icmasının həyatı ilə bağlı məsələlər müzakirə olunacaq. Qeyd edək ki, Ermənistanda seçkilər ərəfəsində Baş nazir Nikol Paşinyan ilə II Qaregin arasında münasibətlər gərginləşib. Paşinyan, kilsəni hökumətin işlərinə müdaxilə etməkdə ittiham edərək, bu cür davranışların dövlətin işlərinə zərər verdiyini vurğulayıb. Kilsə rəhbərliyi hökumətin bu ittihamlarını əsassız və böhtan sayaraq, öz fəaliyyətlərini müdafiə edib. Onlar dövlətin kilsəyə qarşı təzyiq və dezinformasiya kampaniyaları apardığını bildirərək, hökuməti tarixi və milli birliyi qorumağa çağırıblar. II Qaregi BƏƏ-yə səfərinin əsas məqsədlərindən biri də oradakı erməni icması ilə əlaqələri gücləndirmək və öz tərəfdarlarını bir araya toplamaqdır. Analitiklərin fikrincə, bu səfər yalnız dini xarakter daşımır, həm də Ermənistandakı mövcud siyasi gərginlik fonunda xaricdəki erməni icmalarının dəstəyini təmin etməyə yönəlib. Geri qayıt |