Əsas Səhifə > Ana xəbər / Güney Press > Qanlı iğtişaş planı: Nikol Paşinyanı təhdid etdilər
Qanlı iğtişaş planı: Nikol Paşinyanı təhdid etdilərDünən, 09:54 |
Müxalif “Müqəddəs Mübarizə” Hərəkatı Nikol Paşinyan hökumətinə qarşı kütləvi etiraz aksiyalarına başlayacaq. Teleqraf xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb. Erməni nəşri yazır ki, son günlər hərəkatın ofisində daha fəallıq müşahidə olunur, gələn-gedənlərin sayı xeyli artıb: “Əldə etdiyimiz məlumata görə, hərəkatın rəhbəri arxiyepiskop Baqrat Qalstanyan müxtəlif dairələrdən olan ekspertlərlə, ictimai-siyasi xadimlərlə intensiv görüşlər keçirir. Mənbələrimiz deyir ki, Baqrat yeni proses hazırlayır. Konkret hansı addımların planlaşdırıldığından onun ən yaxın ətrafı belə xəbərdar deyil. Ancaq onu bilirlər ki, kifayət qədər ciddi və iddialı addımlar gözlənilir. Həmsöhbətlərimizdən biri qeyd edib ki, payızın əvvəlində yeni, daha güclü küçə aksiyalarının başlayacağı istisna olunmur, amma hərəkat öz addımlarını təkcə bununla məhdudlaşdırmayacaq”. Paşinyan hökumətinə qarşı hansı sərt addımların atılacağı deyilməsə də, söhbətin qanlı aktların törədilməsindən getdiyi iddia olunur. Baqrat Qalstanyanın ötən il Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirdiyi üç aylıq küçə aksiyaları uğursuzluqla nəticələnmişdi. Revanşist hərəkat aksiyaların davam etdiyi müddətdə Ermənistan hökumətindən Azərbaycanla sülh danışıqları və sərhədin delimitasiyası prosesinin dayandırılmasını da tələb etmişdi. Geri qayıt |