Əsas Səhifə > Ana xəbər / Güney Press > Laçın Zirvəsindən “Orta güc”ün mühüm mesajları...
Laçın Zirvəsindən “Orta güc”ün mühüm mesajları...29-05-2025, 08:09 |
- Üç ölkə Cənubi Qafqazda, o cümlədən, regionun tranzit olaraq yer aldığı Orta dəhlizdə birlik olduqlarını Şərqi Zəngəzurdan nümayiş etdirdi; - Eyni birlik mesajı Laçından Cənubi Asiya regionuna da ünvanlanıb: Hindistanın Pakistana hücumuna toxunan Əliyev də, Ərdoğan da atəşkəsin əldə edilməsini, eyni zamanda, münaqişənin (Kəşmir) sülh yolu və BMT-nin qətnamələrinə uyğun həllini dəstəklədi: hər iki lider birbaşa Hindistanı hədəfə almasa da, BMT qətnamələri və həmrəylik mesajı ilə Pakistana dəstəyi bir daha ifadə etdi; - Hindistanın hücumundan sonra cəbhəsini gücləndirmək məqsədilə regional turneyə çıxan Şərif Yeni Dehliyə İstanbuldan sonra Laçından da “əzələ nümayişi” sərgilədi; - Laçın Zirvəsi Ankara-Bakı-İslamabad xəttində “Üç Qardaş Alyansı”nın qurulduğunun, siyasi, iqtisadi və digər sferalarda strateji əlaqələrin genişləndirilməsi ilə 44 günlük müharibədən sonra zaman-zaman gündəmə gələn (daha çox qeyri-rəsmi formada) üçtərəfli hərbi ittifaq perspektivlərinin isə artdığı qənaətini möhkəmləndirdi; Türkiyə-Azərbaycan-Pakistan strateji əlaqələrini formalaşmaqda olan çoxqütblü münasibətlər sistemində tarazlaşdırıcı, həm də həlledici “Orta güc” kimi qiymətləndirmək olar. Laçın Zirvəsində bu gücün perspektivləri bir qədər də gücləndirildi. Müəllif: Asif Nərimanlı - "DİA-AZ" Geri qayıt |