Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakıda daha bir təhlükə: ölümcül ola bilər
Bakıda daha bir təhlükə: ölümcül ola bilər28-05-2025, 06:41 |
İlanların avtomobilə girməsinin əsas səbəbləri nələrdir? Bunun qarşısını almaq üçün sürücülərə hansı tədbirlər tövsiyə olunur? Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, belə hallar adətən, istismar dövrünü başa vuran avtomobillərdə müşahidə olunur: “Təmir işləri düzgün aparılmır, mühərriklə salon arasında əlaqə doğru qurulmur. Yaxud istirahət zamanı maşının qapısı açıq qalır, nəticədə ilan və ya həşəratlar avtomobilin salonuna daxil olur. Bu fəsillərdə, isti havalarda son dərəcə diqqətli olmaq lazımdır. Salonun qapısı, pəncərəsi mümkün qədər qapalı saxlanılmalıdır”. Ekspert hazırkı vəziyyətin ciddi problemə çevrildiyini bildirib: “Son dövrlərdə Bakının mərkəzi küçələrində də ilanlara rast gəlinir. Bu o deməkdir ki, təhlükə hər an qarşımıza çıxa bilər. Xüsusən, dağlıq ərazilərdə avtomobildən düşərkən və ya salonda yatarkən qapı və pəncərə bağlı olmalıdır”. Geri qayıt |