Əsas Səhifə > Ana xəbər / Güney Press > 20 ildir icra başçısı olan Mərdan Camalov……

20 ildir icra başçısı olan Mərdan Camalov……


Dünən, 12:09

Hakimiyyətin başlatdığı kadr dəyişiklikləri mütəmadi davam edir.

Ötən dövrlərdə pensiya yaşı çatmış məmurlardan öz ərizəsi ilə işdən ayrılanlarda oldu. Lakin pensiya yaşı çatmış məmurlar vəzifədə olmanın son yaş hədddini keçənlərdə var. Son vaxtlar bir neçə rayonun rəhbərliyinə daha gənc n kadrlar gətirilib. Həmçinin nazir və müavinləri postlarına da yeni kadrların təyinatı davam edir.

XALQ araşdırmalarına görə pensiya yaşını keçmiş və vəzifədə olan bir çox məmur işini davam etdirir.

Bu məmurlar barədə araşdırmalarımızı təqdim edirik.

20 ildir İcra hakimiyyətinin başçısı işləyən Mərdan Camalovun bu gün 69 yaşı olur.

Mərdan Camalov 1956-cı ildə Şirvan şəhərində anadan olmuşdur. 1973–1978-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya, 1983–1988-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat İnstitutunun iqtisadiyyat fakültəsini bitirmişdir. Camalov əmək fəaliyyətinə 1978-ci ildə Sabirabad rayon Ağacanlı kənd məktəbində müəllim, 1981–1989-cu illərdə Əli Bayramlı şəhər Süni-dəri zavodunda çilingər, usta, növbə ustası, böyük usta, sex rəisi, rəis, 1989–1993-cü illərdə Azərittifaqın Əli bayramlı şəhər İstehlak Cəmiyyətində rəis, sədr, 1993–1995-ci illərdə Azərkooperativ Məişət Ticarət Kontorunun Bakı Universal Bazasının direktoru, 1995–1996-cı ildə “Azəriqaz” Dövlət Şirkətinin Sosial Təchizat Birliyinin rəis müavini, 1996–2005-ci illərdə Quruda Neft və Qazçıxarma İB-nin maddi-texniki təchizat şöbəsinin rəisi vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikasının sabiq müdafiə sənayesi naziri olmuş mərhum Yavər Camalovun qardaşıdır.

Mərdan Camalov 2005–2019-cu illərdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı olmuşdur. 2019-cu ildən isə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır. “Şöhrət” ordeni ilə təltif olunub.

1997-ci ildən YAP-ın üzvüdür. Ailəlidir, 4 övladı var.


Geri qayıt