Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistan Qərbi Azərbaycana çevriləcək, Paşinyan razılaşıb

Ermənistan Qərbi Azərbaycana çevriləcək, Paşinyan razılaşıb


27-05-2025, 09:46

“Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin sülh yolunda irəlilədiyini və müharibənin olmayacağını söyləyib. Bu, İrəvanın Bakı və Ankaranın istənilən tələbini qəbul etməyə hazır olduğu mənasına gəlir”.

Globalinfo.az xəbər verir ki, bunu erməni siyasətçi Arman Abovyan deyib.

Onun sözlərinə görə, hazırda Ermənistan hökuməti sadəcə şərtləri qəbul etmək üçün zəmin hazırlayır:

“Tədricən Ermənistan Qərbi Azərbaycana çevriləcək. Hökumətin təbliğ etdiyi “real Ermənistan” ideologiyası buna əsaslanır. Ermənilər arasında muharibə fikirlərini əks etdirən xəbərlər yayırlar. Bununla da xalqı tələblərin yerinə yetirilməsinə razı salmağa çalışırlar.

Həmçinin Ermənistan Konstitusiyası da dəyişdiriləcək. Ötən gün Paşinyanın çıxışında bunun siqnalı verildi. Tələblər bir-bir yerinə yetiriləcək. Sözügedən dəyişiklik erməni xalqının taleyini türklərin ixtiyarına verəcək. Beləliklə, ölkənin suverenliyi və müstəqilliyi itiriləcək”.


Geri qayıt