Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanda holdinqə yeni direktor təyin edildi
Azərbaycanda holdinqə yeni direktor təyin edildi26-05-2025, 17:33 |
Azərbaycanda turizm, qida, səhiyyə, kənd təsərrüfatı və telekommunikasiyaya qədər sahəni əhatə edən “AZERA Holdinq” MMC-nin direktoru dəyişdirilib. Banker.az xəbər verir ki, Akif Əliyev Oktay oğlu şirkətin direktoru təyin edilib. O, vəzifədə Səbuhi Abdullayev Süleyman oğlunu əvəz edib. 2006-ci ildə təsis olunmuş “AZERA Holdinq” MMC (2024-cü ilin fevralına qədər : SARA İNVEST) Azərbaycanın holdinqlərindən biridir. “AZERA Holdinq” bir-birindən asılı olmayan, əsasən, Azərbaycan və MDB bazarlarında fəaliyyət göstərən şirkətlər qrupudur. Əməkdaşlarımızın ümumi sayı 10000-dən yuxarıdır. Şirkətin strukturuna daxildir: Kənd təsərrüfatı üzrə – “KRAUN KO-R” MMC, “AGRO-LAND-AZ” QSC, “BİNƏ AQRO” QSC, “SARA GROUP” QSC, “Toxumçuluq və Tingçilik” MMC, “VETART” MMC, və “Agro Bitki Klinikası” MMC. Səhiyyə – “Baku Medical Plaza”, “İnternational Medical Centre 2”. Xidmət sahələri – “Konnekt” QSC (Connect), “Sara Logistics” MMC, “TORNADO-Ş” QSC, “Sabina Beauty”. İaşə – “Hill”, “Nanə Restoran”, “Ədalət Restoran”, “Yanar Dönər”. Qida – “Simerax Group” MMC, OFA. Qeyri-qida – Gülüstan Tekstil Hotel – “Caspian Business Hotel” Geri qayıt |