Əsas Səhifə > Ana xəbər / Güney Press > “Meqa Sığorta” ötən günləri qaytara bilmir

“Meqa Sığorta” ötən günləri qaytara bilmir


26-05-2025, 17:11

“Meqa Sığorta”nın yığımlarında ilin əvvəlindən etibarən azalma davam edir.

“Yeni Sabah”ın araşdırmasına görə, bu ilin ilk dörd ayında sığorta şirkətinin yığımları 2,1 milyon manatdan çox azalıb. Belə ki, sözügedən dövrdə şirkət 10,16 milyon manat sığorta haqqı toplayıb ki, bu ötən ilin eyni dövrünə nisbətən 17,2% azdır. Belə ki, 2024-cü ilin yanvar-aprel aylarında “Meqa Sığorta” 12,26 milyon manat sığorta haqqı toplaya bilmişdi.

Sığorta şirkəti dörd ayda 5,06 milyon manat ödəniş həyata keçirib ki, bu də 2024-cü ilin eyni dövrünə nisbətən 21,1% çoxdur. 2024-cü ilin yanvar-aprel aylarında “Meqa Sığorta” 4,18 milyon manat sığorta ödənişini həyata keçirmişdi.

Yığımların azalması fonunda ödənişlərin artması sığorta şirkətinin zərərliliyinə, yəni ödəniş-yığım nisbətinə mənfi təsir edib. Şirkət ötən ilin yanvar-aprel aylarında topladığı hər 100 manatdan 34,1 manatını ödənişə yönəltmişdirsə, bu ilin eyni dövründə bu rəqəm 50 manata yüksəlib.

Xatırladaq ki, “Meqa Sığorta” 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır.


Geri qayıt