Əsas Səhifə > Ana xəbər / Güney Press > Misirdən Azərbaycana gətirilən 60 kamaz kartof gömrükdə xarab oldu

Misirdən Azərbaycana gətirilən 60 kamaz kartof gömrükdə xarab oldu


Bu gün, 12:44

Misir Ərəb Respublikasından Azərbaycana gətirilən 60 kamaz kartofun yarıdan çoxu xarab olub.

Bu barədə Gununsesi.info-ya həmin yükü daşılan kamaz sürücüləri bildirib.

Məlumata görə, Türkiyə vətənaşı olan şəxslərdən tərəfindən Qərb Ərazi Baş Gömrük İdarəsindən keçən kartof maşınlarından yarısı rəsmiləşdiriləsə də digər yarısının rəsmiləşdirilməsi üçün sahibkarın vəsaiti olmayıb.

Ötən ayın sonundan kamazlarda qalmış 30 maşına yaxın kartof Gəncənin küçələrində xarab olub.

Ətrafa üfunət iyinin yayıldığını görə yerli sakinlər Kamazların kənarlaşdırılmasını tələb edir. Çünki, çürüyən kartofdan pis qoxu ətrafa yayılmaqla yanaşı, həm də suyu yerə axır.

Həmin maşın sahibləri də kartofun boşaldılmasını istəsə də qeyri-müəyyən vəziyyət yaranıb.

Kamaz sürücüləri arasında azərbaycanlılarla yanaşı, türklər və iranlılar da var.


Geri qayıt