Əsas Səhifə > Ana xəbər / Güney Press > Təhsil Nazirliyindən Goranboy-Naftalanla bağlı təyinat
Təhsil Nazirliyindən Goranboy-Naftalanla bağlı təyinatBu gün, 12:17 |
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyinat olub. Gununsesi.info xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev Əmr imzalayıb. Əmrə əsasən, Goranboy-Naftalan təhsil sektorunun müdiri vəzifəsinə Vüsal Cəfərov təyin olunub. V.Cəfərov buna qədər Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayon təhsil sektorunun müdiri vəzifəsində çalışıb. Qeyd edək ki, Goranboy-Naftalan təhsil sektoruna müdiri vəzifəsini Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşı Əli Cəfərov icra edirdi. Təhsil sektorunun əvvəlki müdiri Xəyal Məmmədov bu illin fevralında yoxlamanın nəticəsinə əsasən vəzifəsindən azad edilib. Geri qayıt |