Əsas Səhifə > Ana xəbər / Güney Press > Bank of Baku-da təyinat olub
Bank of Baku-da təyinat olub21-05-2025, 15:49 |
"DİA-AZ" verir ki, Sənan Həsənov Arif oğlu Bank of Baku-nun Problemli kreditlər departamentinin direktoru vəzifəsinə təyin olunub. O, 2002-2006-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə-kredit ixtisası üzrə bakalavr təhsili alıb. Daha sonra təhsilini 2006-2008-ci illərdə sözügedən universitetdə magistr dərəcəsi üzrə davam etdirib. Peşəkar karyerasına 2007-ci ildə Bank of Baku-da başlayıb. 2011-ci ildə bankın filialında mikrokreditlər bölməsinin rəhbəri vəzifəsini icra edib. 2018-ci ildən 2024-cü ilədək Bank of Baku-nun müxtəlif filiallarında filial direktorunun müavini olaraq çalışıb. Sənan Həsənov Problemli kreditlər departamentinə direktor olaraq təyinatından öncə eyniadlı departamentdə direktor müavini olaraq fəaliyyət göstərib. Geri qayıt |