Əsas Səhifə > Ana xəbər / Güney Press > “Bank of Baku”nun İdarə Heyəti sədrinin müavini vəzifəsindən ayrılıb
“Bank of Baku”nun İdarə Heyəti sədrinin müavini vəzifəsindən ayrılıbDünən, 10:16 |
“Bank of Baku” ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsindən ayrılıb. “APA-Economics” bu barədə banka istinadən xəbər verir. Məlumata görə, Ülvi Yusifov bankın İdarə Heyətindən ayrılıb. Qeyd edək ki, 2008-ci ildə Mərkəzi Bankda iş fəaliyyətinə başlayan Ü.Yusifov daha sonra bank sektorunda müxtəlif sahələrdə çalışıb. 2017-ci ildən “Bank of Baku”da departament direktoru olub. 2022-ci ildə isə “Bank of Baku”nun İdarə Heyəti sədrinin müavini və baş maliyyə inzibatçısı təyin edilmişdi. Hazırda “Bank of Baku”nun İdarə Heyətinin tərkibi sədr Həsən Quliyev və üzv Zamin Hacılıdan ibarətdir. Geri qayıt |