
Bu ilin ilk 3 ayı ərzində Azərbaycana xarici ölkələrdən 53 min 265,1 ton “Aİ-92” markalı (“Regular”) benzin idxal edilib. Yeniavaz.com-un rəsmi məlumatlara istinadən apardığı hesablamalar göstərir ki, Azərbaycanın xaricdən idxal etdiyi “Aİ-92” markalı benzinin 1 litrinin orta gömrük dəyəri 1 manat 3 qəpik olub. Məlumat üçün bildirək ki, Azərbaycana “Aİ-92” markalı benzin aşağıdakı ölkələrdən gətirilib: Rusiyadan – 39 min 916,5 ton (1 litri – 1 manat); Belarusdan – 9 min 678,6 ton (1 litri – 1,13 manat); Rumıniyadan – 3 min 670 ton (1 litri – 1,05 manat). Qeyd edək ki, bu ilin ilk 3 ayında Azərbaycan Gürcüstana 613,8 ton, Türkiyəyə isə 996 ton “Aİ-92” markalı benzin ixrac edib. Gürcüstana ixrac olunan benzinin 1 litrinin orta gömrük dəyəri 95 qəpik, Türkiyəyə ixrac olunan benzinin 1 litrinin orta gömrük dəyəri isə 71 qəpik olub. Xatırladaq ki, ötən ilin 1 iyul tarixindən etibarən Azərbaycanda “Aİ-92” markalı benzinin qiyməti 1 manatdan 1,10 manata qaldırılıb.
Geri qayıt
|