Əsas Səhifə > Ana xəbər / Güney Press > “Azmade Group”un törəmə şirkətinin direktoru dəyişib

“Azmade Group”un törəmə şirkətinin direktoru dəyişib


Bu gün, 11:31

Azərbaycanda şirkətlər qrupu “Azmade Group” MMC-nin törəmə şirkətinin rəhbəri dəyişdirilib.

Banker.az xəbər verir ki, Vidadi Vəliyev Vəlməmməd oğlu “Spark Beton” MMC-nin direktoru təyin edilib.

O bu vəzifədə Kərim Səlimov Zakir oğlunu əvəz edib.

Xatırladaq ki, “Spark Beton” MMC 2015-ci ildə təsis edilib. Təsis edildiyi gündən 2022-ci ilin əvvəlinə qədər “Gilan Beton” MMC kimi təsis edilib. Şirkətin hazırda 400 100 min manat nizamnamə kapitalı var.


Geri qayıt