Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistanda silaha olan həvəs...
Ermənistanda silaha olan həvəs...Bu gün, 07:43 |
“Vətən mahribəsindən sonra sürətli silahlanma yolu tutan Ermənistan bu silahları döyüşməkdən daha çox öz sahiblərinə nümayiş etdirmək üçün alır. İrəvan bununla onlara demək istəyir ki, baxın, verdiyiniz pulları boşa sərf etmirik, “təyinatı üzrə” xərcləyirik”. Bunu Moderator.az-a açıqlamasında millər vəkili Asim Mollazadə bildirib. Millət vəkili qeyd edib ki, Ermənistan bu gün də qlobal güc mərkəzlərindən asılı haldadır: “Ermənistan 44 günlük müharibədən sonra da ortaya müstəqil iradə qoya bilməyib. O, bu gün də müxtəlif qlobal dairələrin, güc mərkəzlərinin nəzarəti altındadır və onların diktəsi ilə hərəkət edir. Həmin mərkəzlər isə Ermənistaan həm maliyyə dəstəyi göstərir, həm də onun siyasi qərarlarına təsir göstərirlər. Odur ki, rəsmi İrəvan həqiqətən müstəqil olmaq, Ermənistanın normal inkişafına nail olmaq istəyirsə, öncə bu dairələrin təsirindən azad olmalı, Azərbaycanın sülh səylərini səmimi şəkildə dəstəkləməlidir. Ermənistanın nicatı üçün başqa yol, başqa vasitə yoxdur”. Geri qayıt |