Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR?
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR?

Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR?


Bu gün, 08:40
Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR?
Son zamanlar ölkədə iki cərəyanın geniş təbliği müşahidə olunur:
- "Quranilik" (Elşad Mirinin təqdimatında)
- "Əhmədi sülh və nur dini" (bir neçə gənc oğlan və qızların təqdimatında)
"Quranilik" ən azı radikal və yad dini təriqətlər qədər təhlükəlidir. Əsasən, Hindistan, Suriya və Misirdə geniş yayılıb. Bu barədə ətraflı məqaləm olacaq, amma Elşad Mirinin çıxışlarının ictimai dəstək alması insanların savadsızlığı və İslam fəlsəfəsi haqqında biliklərə sahib olmaması ilə bağlıdır. Təəssüf ki, debata çıxan ilahiyyatçılar Elşad Mirinin həyasızlığı və hay-küyü qarşısında aciz qalırlar.
Onunla debatda həya göstərən din adamlarına da yazığım gəlir. E.Mirini mənən tapdalamaq lazımdır. Bildiklərinizi deyin! İlahiyyatçıların bir çoxu ayələri əzbər bilmədiklərinə görə, E.Mirinin Qurana hərfi istinadı qarşısında tab gətirə bilmirlər. Təbii ki, E.Miri savadlı ilahiyyatçılardan qorxur və dəvət almasına baxmayaraq, onlarla debata çıxmaqdan yayınır. Çünki rəzil duruma düşəcəyini bilir. Adnan Oktarın ən sadiq təəbələrindən olan E.Miri mənfur vintillərdən biridir. Müğənniləri, aktyorları öz ətrafına cəlb edib. YAP-ın "Montin" təşkilatının qolu kimi fəaliyyət göstərən "Ümid" partiyasının sədri İqbal Ağazadənin də məğlub eyforiyaya qapılıb E.Miriyə dəstək verməsi anlaşılandır. Ağazadə öncə dalğalı siyasi fəaliyyətinin, özünün, qardaşının bugünkü milyonluq tender əməliyyatlarının və 2003-cü ilin qaranlıq pərdələrini açmalıdır. Monoton efirlərə çıxıb bağırmaqla deyil ki... Şəxsiyyəti sual doğuran "klassik siyasət"in bütün "peşka"ları gec-tez səhnədən rədd edilməlidir. Ağazadənin cəsarəti varsa, mənim efirimə gəlsin və hökumətdən aldığı tenderlərin siyahısı göstərim. Siyasi fəaliyyəti ilə bağlı açıq suallara cavab versin. O, başa düşməlidir ki, artıq çoxdan "cahandırlaşıb".
"Əhmədi sülh və nur dini" isə İordaniyadan qaynaqlanır. Özlərinin Mehdi olduğunu iddia edən bu ünsürlərin Azərbaycanda geniş vüsət almasına şərait yaradan qüvvələr var.
İlham Əliyev dəfələrlə yad dəyərlərin zərərindən danışıb, eyforiyadan çıxıb milli addımların atılmasının zəruriliyini tələb edib. Bəs, bu yad dəyərləri ölkəmizə daşıyıb onlara dəstək verən səlahiyyət sahiblərinin əsl hədəfi nədir?

Samir Feyruzov
azsiyaset.com

Geri qayıt