Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar”
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar”

“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar”


Dünən, 15:50
“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar”
“Relt House” MTK evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparır, ancaq layihədə onların təklif etdiyi kimi mənzil planı yoxdur”.

Bu şikayətlə “Qafqazinfo”ya Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti bina 7-nin bir qrup sakini müraciət edib.

Vətəndaşların sözlərinə görə, 3 otaqlı evlərinə eynisi təklif olunsa da, mənzillər ölçü baxımından problemlidir: “Onların təklif etdiyi otaq ölçüsü bizim evimizdəkindən balacadır, koridoru isə böyükdür. Əlavə həyətimiz də var, bunu nəzərə almırlar. Üstəlik, şirkət 4 mənzillə razılaşma əldə etməyib. İstəyirik, evimiz neçə kvadrat metrdirsə, bizə o ölçüyə malik mənzil verilsin. Razılaşma olmadığı üçün qarşı tərəf bizi məhkəməyə verdi, hazırda proses davam edir”.

Sakinlər, həmçinin qeyd ediblər ki, icra hakimiyyətinin daha öncəki sənədində də söküntüyə razılaşma şərtləri ilə icazə verilib: “Söküntü yalnız bizim razılığımız olduqdan sonra başlanılmalıdır. Ancaq MTK rəhbəri bizə dedi ki, bu iş onların xeyrinə məhkəmədə həll olacaq, elə də olur. Artıq burada yaşamaq mümkün deyil, divarlardan su damır, evlərin qapı-pəncərəsini də söküblər ki, əmlakımızı istənilən qiymətə satıb, çıxaq”.

İddialarla bağlı “Relt House” MTK ilə əlaqə saxladıq. Şirkətdən sorğumuza cavab olaraq deyildi ki, razılaşmayan sakinlərin məsələsinə Binəqədi Apellyasiya Məhkəməsi və Ali Məhkəmədə baxılır: “Həmin sakinlərin bizdən istəyi mənzillərinin dəyərindən qat-qat artıqdır. 60 kvadrat metr mənzilə 400 min manat pul istəyirlər. Bu, düzgün deyil. Binanın söküntü məsələsinə gəldikdə, MTK heç bir söküntü işi aparmır. İddialar əsassızdır, qapı-pəncərələr köçürülən, yəni MTK ilə razılaşan ev sahibləri tərəfindən sökülüb. Razılaşmayan sakinlər bilməlidirlər ki, onlar həm bizim, həm də razılaşıb kirayədə yaşayan qonşularının hüquqlarını pozurlar. Biz şirkət olaraq məhkəmənin qərarlarını gözləyirik”.

Məsələ ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə də sorğu ünvanladıq. Komitənin mətbuat katibi Ramiz İdrisoğlu saytımıza açıqlamasında bildirdi ki, əraziyə baxış keçirilib: “Binəqədi rayonu, Azadlıq prospektində yerləşən ünvanda tikinti şirkəti tərəfindən vətəndaşlarla razılaşma olmadan söküntü işlərinin aparılması ilə bağlı daxil olmuş müraciətlər araşdırılıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və hər hansı söküntü işlərinin aparılmadığı müəyyən edilib”.

Qurumdan o da qeyd edilib ki, sözügedən ünvanda 11 iyul 2016-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən pilot layihə çərçivəsində tikinti işlərinin aparılmasına dair müvafiq icazə verilib.

Geri qayıt