Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək"
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək"

"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək"


Bu gün, 08:23
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək"
"Ermənistanın Baş nazir Nikol Paşinyan deyib ki, Ermənistan ilə Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq. Paşinyan müharibədə məğlub olub və ona görə belə deyir".

Musavat.com bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, buna baxmayaraq, Paşinyana müxalif olanlar “Azərbaycanla müharibə olmayacaq” və ya “biz hakimiyyətə gəlsək Azərbaycanla müharibə etməyəcəyik” açıqlamasını səsləndirmirlər.

"Digər tərəfdən gələn il Ermənistanda keçilməsi planlaşdırılan parlament seçkilərində kimin qələbə çalacağı - Paşinyanın və ya onun rəqiblərinin üstünlük qazanacağı bəlli deyil.

Paşinyanın “müharibə olmayacaq, sülh olacaq” açıqlamasının dəyəri o zaman olardı ki, baş nazir Ermənistan Konstitusiyasında dəyişiklik edib Azərbaycanla sülh sazişi imzalasın. Bu halda o hakimiyyətini nə zamansa itirsə belə, Paşinyanın yerinə gələn şəxs Bakı ilə imzalanan sazişin şərtlərini yerinə yetirmək məcburiyyətində qalacaq. Əslində bu yeni baş nazirin xilası olacaq, çünki Paşinyanın imzaladığı sazişdən imtina edərsə, nəticəsi Ermənistan üçün ağır olan müharibə ilə üzləşəcək",- deyə Elxan Şahinoğlu vurğulayıb.

Geri qayıt