Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > BU NƏDİ BELƏ: “İnsanlar “TikTok “həkimlər”indən resept alırlar”
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > BU NƏDİ BELƏ: “İnsanlar “TikTok “həkimlər”indən resept alırlar”

BU NƏDİ BELƏ: “İnsanlar “TikTok “həkimlər”indən resept alırlar”


Dünən, 09:47
BU NƏDİ BELƏ: “İnsanlar “TikTok “həkimlər”indən resept alırlar”
Xəstələnməmək, hər yaşda gümrah, təravətli, gənc görünmək, yaşlanmamaq üçün insanlar çeşidli yöntəmlər axtarırlar. Bunun üçün həkimə, plastik əməliyyatlara, idman zallarına üz tutan da var, sosial şəbəkələrdə çarə axtaran da...

Təəssüf ki, sonuncular daha çoxdur. Elə bu səbəbdən də sosial şəbəkələrdə elmi əsası olmayan metodlarla sağlamlıq, gəncləşmə vəd edənlərin sayı günü-gündən artır. Xüsusilə insanları gün ərzində bir neçə dəfə soda (çay sodası), perekis (hidrogen peroksid) içməklə cavan qalacağına, ağır xəstəliklərə tutulmayacağına inandıranlar çoxalıb.

Təəssüf ki, onlar arasında özünü həkim adlandıranlar da var.

Bəs, sosial şəbəkə “uzmanlarının” dediyinə əməl etmək nə ilə nəticələnə bilər?

Tanınmış həkim-terapevt Rasif Bağırov Bizim.Media-ya açıqlamasında bildirib ki, bu yöntəmləri doğru sayıb əməl etmək ciddi fəsadlara yol aça bilər:

“Belə paylaşımları, tövsiyələri həkimlərin elədiyinə inanmıram. Güman ki, bunu həkim olmayan, tibbdən uzaq adamlar məsləhət görürlər. İndi sosial şəbəkədə o qədər özündən resept yazan, dərman məsləhət görən “həkim”lik eləyənlər var ki... Ağızlarına gələni danışırlar. Tibbi təhsilləri yoxdur deyə bilmədikləri məsələlərdən yazırlar, danışırlar. Ona inananlar bilmir ki, sodanı normadan artıq qəbul eləsələr, sağlamlıqlarına ciddi zərər vuracaqlar. Hətta onu sistem şəklində köçürəndə, normadan artıq insanın bədəninə yeridilərsə, toxumaların ertirosiddən, yəni qida daşıyan maddədən oksigeni alması çətinləşir. Onda da xəstədə oksigen çatışmazlığı başlayır.

Bunun özü belə ciddi fəsad verdiyi halda onu səhərdən-axşama qədər necə içmək olar?!

Eyni zamanda soda normadan artıq olanda böyrəklərdə problem yaranır. Sidik daha çox ifraz olunur və qələvilik artır. Nəticədə də mütləq orada kalsium daşları yaranır. Yaxud da mədənin turşuluğu ilə qarışır, orda kalsium karbonat adlı duzlar əmələ gətirir. Həmin duz kristalalrı onikibarmaq bağırsaqda yara, qanaxma riski yaradır. Bunu necə reklam edib faydalı olduğunu demək olar? Hamısı lazımsız və yararsız “tövsiyələr”dir”.

Peroksidə gəlincə, həkim onun da bir başqa fəsadları olduğunu bildirib:

“O da peroksid maddəsidir. Biz xəstəni müalicə edəndə çalışırıq ki, yazdığımız müalicə zamanı perekis oksidləşməsi yaranmasın. Peroksid oksidləşməsinin olmaması üçün də dərman yazırıq ki, zədələnmiş sahə böyüməsin. Belə olan halda perekisi necə içmək olar? Necə ümid etmək olar ki, bu məhlul onu sağlam saxlayacaq?!”

Həkimin fikrincə, bunu elmdən xəbərsiz, cahillər təbliğ edə bilər:

“Əgər onu deyənlərin içərisində həkim də varsa, demək o da həmin adamlar kimi elmdən uzaq bidir. Bir müddət qabaq ağ nefti belə israrla tövsiyə edirdilər. İndi yapışan o sözü deyənlərin xirtdəyindən ki, noldu, niyə indi içmirsiz bəs onu? Yəni belə qəribə, əsassız, elmdən uzaq məsləhətlər verirlər, xəstə insanlar da onların ağlına uyub ardınca düşürlər ki, bunu eləyək.

Bunun da ən əsas səbəbi odur ki, dərmanlar bahadır. İnsanlar sağalmaq üçün həmin dərmanları ala bilmirlər deyə belə lazımsız, zərərli şeylərə ümid bağlayırlar. Onu reklam edənlər də belə insanları cəlb edib onların hesabına varlanmağa çalışırlar”.

Geri qayıt