Əsas Səhifə > Ana xəbər / Güney Press > SOCAR-da yüksək vəzifəyə TƏYİNAT

SOCAR-da yüksək vəzifəyə TƏYİNAT


9-05-2025, 09:24
SOCAR-da yüksək vəzifəyə TƏYİNAT
Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) yeni təyinat olub.

Modern.az şirkətə istinadən xəbər verir ki, Pərviz Ramiz oğlu İbadullayev SOCAR-ın "Neft Kəmərləri" İdarəsinin rəisi vəzifəsinə təyin olunub. O, bu vəzifədə Vasif Əmirovu əvəz edib.

Qeyd edək ki, P.İbadullayev, bu təyinatadək "SOCAR Midstream Operations" MMC-də icraçı direktorun müavini vəzifəsində çalışıb.

Geri qayıt