Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyan bu gecə Moskvada Çin lideri ilə də görüşdü...
Paşinyan bu gecə Moskvada Çin lideri ilə də görüşdü...9-05-2025, 08:51 |
![]() Dünən Moskvaya yollanmış və Kreml zalında Rusiya diktatoru V.Putin tərəfindən qarşılanmış Ermənistan baş naziri Nikol Paşinyan alman faşizmi üzərində qələbənin 80-ci ildönümünün qeyd edilməsi tədbirləri çərçivəsində xarici nümayəndə heyətlərinin rəhbərlərinin şərəfinə verilən şam yeməyi zamanı digər xarici həmkarları ilə qeyri-rəsmi təmasda olub. Moderator.az xəbər verir ki, "Armtimes"-in yaydığı məlumata görə, Paşinyan Putinlə yanaşı Çin lideri Si Zinpinlə də görüşə bilib. ![]() Erməni baş nazirin bu gün - mayın 9-da qələbə ilə bağlı keçiriləcək tədbirlərdə iştirak edəcəyi də bildirilir. Geri qayıt |