Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Azərsun Holdinq”da daha bir şirkətin direktoru dəyişdi
“Azərsun Holdinq”da daha bir şirkətin direktoru dəyişdiDünən, 11:49 |
![]() “Azərsun Holdinq” MMC-nin törəmə təşkilatı “Bakı Qida və Yağ Fabriki” MMC-nin direktoru dəyişdirilib. Banker.az xəbər verir ki, indiyə qədər şirkətin direktoru olmuş Azərbaycan vətəndaşı Şahəddin İbrahimov Nəcməddin oğlunu İran əsilli Zuhra Halilzad əvəzləyib. “Bakı Qida və Yağ Fabriki” 2008-ci ildə təsis edilib və ilkin olaraq ona İbrahimov Emil İbrahim oğlu, sonradan Özkan Akdağ, Ali Ekber Yüksel və Bakır Ömer rəhbərlik edib. Hazırda 5.91 milyon manat üzərində nizamnamə kapitalına sahibdir. Zuhra Halilzad 2006-cı ildən Azərbaycandadır. O, “Qafqaz Metal Qablaşdırma Senaye MMC-nin zavod direktoru, “Azersun”da İdarə Heyətinin üzvü kimi vəzifələrdə çalışıb. Xatırladaq ki, “Azərsun Holdinq”in Müşahidə Şurasının yeni sədri müəyyənləşib. Bu ilin yanvarında dünyasını dəyişən Abdolbari Gozalin oğlu olan Ahmad Gozala həvalə edilib. Geri qayıt |