Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Mayın 9-u Moskva sakit olacaqmı?
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Mayın 9-u Moskva sakit olacaqmı?

Mayın 9-u Moskva sakit olacaqmı?


7-05-2025, 15:22
Mayın 9-u Moskva sakit olacaqmı?
Paytaxt Moskva başda olmaqla Rusiyanın hava limanlarında xaosdur, Ukraynanın kütləvi dron hücumlarına görə, təyyarələr havaya qalxa bilmir, hava limanına enənlərin sərnişinləri isə saatlarla təyyarəni tərk edə bilmir, insanlar təyyarələrdə havasızlıqdan və yaranan anti-sanitariya şəraiti barədə görüntülər yayırlar. Bu Ukraya Prezidenti Volodimir Zelenskinin bir neçə gün əvvəl “9 may paradına qatılan qonaqların təhlükəsizliyinə zəmanət verə bilmərik” açıqlamasının praktik yerinə yetirilməsidir. Həqiqətən belə şəraitdə 9 may paradına qatılmaq istəyən müxtəlif dövlətlərin liderlərinin təhlükəsizliyi ön plana çıxır. Rusiya yüksək səviyyəli qonaqlara təhlükəsizlik təminatı vermək iqtidarındadırmı? Azərbaycanın sərnişin təyyarəsinin dekabr ayında raketlə vurulması olayından çıxış edərək Rusiya səmasının təhlükəsiz olmadığı, üstəgəl dronlarla sərnişin təyyarələrinə fərq qoya bilmədikləri aşkardır. Rusiya Prezidenti Vladimir Putin Kiyevə elə ona görə 3 günlük atəşkəs təklif edirdi ki, 9 may paradını rahat keçirsin. Volodimir Zelenski isə işğalçı dövlətin liderinə rahatlıq vermək istəmir. Başqa cür ola da bilməz. Rusiya müharibə aparan ölkə olduğundan Ukraynanın əks-həmlələrinə məruz qalır.

Elxan Şahinoğlu - "DİA-AZ"

Geri qayıt