Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > AZCON-un Kommunikasiya şöbəsinə rəhbər təyin edilib
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > AZCON-un Kommunikasiya şöbəsinə rəhbər təyin edilib

AZCON-un Kommunikasiya şöbəsinə rəhbər təyin edilib


29-04-2025, 12:46
AZCON-un Kommunikasiya şöbəsinə rəhbər təyin edilib
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Kommunikasiya şöbəsinə rəhbər təyin edilib.

"APA-Economics" xəbər verir ki, bu vəzifə Sara Rzayevaya həvalə olunub.

Xatırladaq ki, AZCON ötən ilin noyabr ayında yaradılıb. Holdinqin yaradılması ilə “Azərbaycan Hava Yolları”, “Azərbaycan Dəmir Yolları", “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “Bakı Metropoliteni”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-lər, “BakuBus” və "Bakı Gəmiqayırma Zavodu" MMC-lər, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos"), nazirliyə məxsus “Aztelekom”, "Azerbaijan International Telecom” (AzInTelecom)”, “Azərpoçt”, “Bakı Taksi Xidməti” MMC-lər, “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyasi” İstehsalat Birliyi qurumun idarəetməsinə verilib.

AZCON-un Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, baş icraçı direktoru isə Şahin Babayevdir.

Geri qayıt