Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > ATƏT-in Minsk qrupu: ÖLÜNÜ DİRİLDİRLƏR?
ATƏT-in Minsk qrupu: ÖLÜNÜ DİRİLDİRLƏR?29-04-2025, 06:17 |
![]() “Parlament Assambleyası, ATƏT-in Minsk qrupu birmənalı şəkildə antiAzərbaycan mövqeyi tuturdu. Bu məsələlər Azərbaycan xalqı tərəfindən çox kəskin qarşılanırdı. Hətta bu vəziyyəti bir qədər də qəlizləşdirən ATƏT-in “Minsk” qrupunun Strasburq və Avropa Şurasının tribunalarından, ABŞ-ın, Fransanın və Rusiyadan olan həmsədrlərin birgə bəyanatının beynəlxalq ictimaiyyətə bu fikrin yeridilməsi də Azərbaycan xalqı tərəfindən neqativ şəkildə qarşılanırdı. Çünki onlar çalışırlar ki, o monopoliyanı bir növ rəsmiləşdirmiş olsunlar. Cənab Prezident ADA Universitetində keçirilən tədbirdə çox dəqiqliklə ATƏT-in Minsk qrupunun fəaliyyətinə siyasi qiymət vermiş oldu. Eyni zamanda vurğulandı ki, artıq Minsk qrupuna ehtiyac yoxdur və bu qrupun formal buraxılması sadəcə olaraq günün tələbidir. Yəni əgər sturuktur de-yure mövcuddursa, de-fakto olaraq da mövcud deyil. Ermənistan tərəfini də bu prosesə, dəvət etmişik”. Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Allahverənov danışıb. Deputat qeyd edib ki, bir qayda olaraq yeni mövcud prosedurlara görə Azərbaycan da, Ermənistan da ATƏT-ə həmin “Minsk” qrupunun buraxılması ilə bağlı müraciət etməlidir. Deputatın sözlərinə görə, bu gün Ermənistan çalışır ki, Azərbaycanın bu haqlı şərtindən bir növ boyun qaçıra bilsin, Azərbaycan da bu məsələnin həllində israrlıdır. Azər Allahverənov qeyd edib ki, bir neçə gün əvvəl ATƏT-in baş katibi Sinirlioğlu ilə keçirilən görüş zamanı da Azərbaycanın bu mövqeyi birmənalı şəkildə ona çatdırılıb. “Bu məsələdə də Ermənistan da Azərbaycanla birlikdə zəruri addımlar atmalıdır. Eyni zamanda burada bir fikir də xüsusilə qeyd olunur ki, ATƏT-in Azərbaycanla əməkdaşlıq etməsi məsələləri ATƏT-in diqqət mərkəzindədir. Hazırda ATƏT müxtəlif müstəvilərdə bu və ya digər formada Azərbaycanda təhlükəsizlik və demokratik institutların inkişafı, məhkəmə islahatlarının aparılması və digər istiqamətdə müxtəlif layihələr həyata keçirir. Onlar bu əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildirirlər. Təbii ki, bunun ətrafında müəyyən bir fikir mübadiləsi də aparılıb. Elə bu görüşün də nəticəsi olaraq, ATƏT-lə əməkdaşlığa dair perspektivlərin nədən ibarət olduğunu biz yaxın vaxtlarda görə biləcəyik”-deyə deputat bildirib. Geri qayıt |