Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > DİQQƏT! Bu halda evlərə görə ödənişlər edilə bilər
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > DİQQƏT! Bu halda evlərə görə ödənişlər edilə bilər

DİQQƏT! Bu halda evlərə görə ödənişlər edilə bilər


26-04-2025, 06:22
DİQQƏT! Bu halda evlərə görə ödənişlər edilə bilər
Adətən təbiət hadisəsi nəticəsində kənd yerlərində bəzi ailələrin əmlaklarına, obyektlərinə ciddi ziyan dəyir.

Bu şəxslərin əmlakları necə qorunur? Fəsadlar olarsa, bərpa işlərini dövlət öz öhdəsinə götürə bilərmi?

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, əslində, evlər sığortalanmalıdır:

“Amma Azərbaycanda daşınmaz əmlak sığortası yox dərəcəsindədir. Ona görə də fərdi evlərə ziyan dəyəndə yalnız hökumət və dövlət qurumlarının yanaşmasına ümid edirik. Hər şey onlardan asılı olur. Qanunvericilikdə isə belə bir öhdəlik yoxdur. Əslində əmlaklar sığortalanmalı və belə təbiət hadisələri zamanı sığorta şirkətləri ödəniş etməlidirlər”.

İqtisadçı yerli icra hakimiyyətlərinin yardımı məsələsinə də toxunub:

“Sığortası olmayan fərdi evlər zərər gördükdə dəstək olub-olmamaq icra qurumlarının insafına qalır. Onlar kömək edə də bilərlər, etməyə də… Bu, təbii ki, vətəndaşları qane etmir. Ümumilikdə isə belə mexanizm yoxdur ki, sığortasız əmlaka dövlət mütləq kompensasiya verməlidir”.
Geri qayıt