Əsas Səhifə > Ana xəbər / Güney Press > “Agrarco” şirkətinə yeni rəhbər təyin edilib
“Agrarco” şirkətinə yeni rəhbər təyin edilib21-04-2025, 12:23 |
![]() “Agrarco” MMC-yə baş icraçı direktor (CEO) təyin edilib. Banker.az-ın məlumatına görə, yeni təyin edilən rəhbər Yəhyayev Şahmuraddır. O, 2024-cü ilin mart ayından bu təyinata qədər “Agrarco” MMC-nin baş maliyyə inzibatçısı (CFO) olub. Yəhyayev Şahmurad 2006-2010-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Marketinq üzrə bakalavr təhsili, 2011-2013-cü illərdə isə Xəzər Universitetində Mühasibat uçotu və audit üzrə MBA təhsili alıb. Geri qayıt |