Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycanda şübhəli "uzunömürlülük"...
Azərbaycanda şübhəli "uzunömürlülük"...21-04-2025, 10:38 |
![]() Rəsmi mənbələr mütəmadi olaraq Azərbaycanda orta ömür uzunluğunun artdığını açıqlayır. Guya son illər ərzində göstərici 70,3-dən 74,6-a yüksəlib. Halbuki ölkədə kişilərin 50 faizdən çoxunun, qadınların isə 38 faizinin 65 yaşına çatmadan vəfat etdiyi məlumdur. Azərbaycanlılar daha çox yaşamağa başlayıblarsa, onda niyə pensiya yaşına çata bilmirlər? Bu suala cavab verən yoxdur. Bizimyol.info xəbər verir ki, Azərbaycan orta ömür uzunluğuna görə Avropada bütün ölkələrdən geri qalır. Bizi qabaqlayan beş ölkə bunlardır: Belarus, Gürcüstan, Ukrayna, Ermənistan və Bolqarıstan. Siyahıya 84,1 il göstəricisi ilə İsveçrə başçılıq edir. Sonrakı yerləri İtaliya və İspaniya tutur. Orta ömür uzunluğuna görə bizi geridə qoyan başqa qitə ölkələrinə baxanda məyus olmamaq mümkün deyil. Uzaq Antiqua və Barbudada, Barbadosda, Kabo-Verdedə, Ekvadorda, Livanda, hətta Banqladeşdə və Nikaraquda insanlar bizdən daha çox yaşayırlar. Azərbaycanlılar niyə çox yaşaya bilmirlər? Həyat keyfiyyəti aşağıdır. Hər şeydən əvvəl yetərincə qayğı görmürlər. Sosial proqramların yalnız adı var. Təkcə insanlara sosial yardım verməmək üçün nə hoqqalar çıxarıldığına diqqət edək. İnsanlar bu ölkədə bəzən istirahət günü olmadan 12-14 saat ardıcıl işləməli olur. Maaşların səviyyəsi olduqca aşağıdır. Median əməkhaqqı 300 dollara çatmır. Yəni ölkədə işləyən kəsimin yarıdan çoxu heç 500 manat məvacib almır. Səhiyyə ilə bağlı məsələ məlumdur. Xəstəxanalarda müalicənin adı pulsuzdur, əslində nə qədər xərc çəkmək lazım gəlir. İnsanlar illərlə müayinə oluna bilmədiyindən, ağır xəstəliklərdən son anda xəbər tuturlar. Ürək-damar xəstəlikləri ilə bağlı bizdəki vəziyyət heç kimə sirr deyil. Ölkədə nə qədər köməksiz və çarəsiz onkoloji xəstə var. Saymaqla bitməz. Ölkə insanı çox çətin şərtlərlə yaşayır. Bu şərtlərlə isə Banqladeş və Nikaraquadan geri qalmaq təbiidir. Geri qayıt |