Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Ermənistan yeni müharibə TƏDARÜKÜNDƏ
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ermənistan yeni müharibə TƏDARÜKÜNDƏ

Ermənistan yeni müharibə TƏDARÜKÜNDƏ


20-04-2025, 07:20
Ermənistan yeni müharibə TƏDARÜKÜNDƏ
“Yerkrapa” terror qruplaşması silahlı erməniləri Azərbaycanla şərti sərhəd bölgəsinə yollayıb. Bu barədə erməni "Telegram" kanallarında görüntülər paylaşılıb.Son günlər ermənilərin şərti sərhəddə törətdikləri təxribatlar davamlı xarakter alıb. Gün ərzində müxtəlif istiqamətlərdən atəşkəsin pozulması da bunun əyani sübutudur.

Sülh müqaviləsindən ağızdolusu danışan Ermənistanın əslində məqsədi nədir?
Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan dövlət səviyyəsində müxtəlif dövrlərdə terror təşkilatlarından istifadə edib: “Əslində bizim qarşımızda hüquqi baxımdan özünü dövlət kimi təqdim etsə də, mütəşəkkil şəkildə terrorizmi təşviq edən və dövlət siyasətində terroru aləti kimi istifadə etməyə çalışan təhlükəli bir ölkə dayanır. İstər “Daşnaksütun”, istər "silahlı Voma" terror təşkilatı, istərsə də “Yerkrapa” kimi təşkilatların hələ də Ermənistanda mövcud olması, Ermənistan hakimiyyətinin Azərbaycanla guya sülh razılaşması istəyirmiş kimi saxta siyasətini də ifşa etmiş olur. Çünki reallıqda Ermənistan sülh istəsəydi, öz ərazilərində terror qruplaşmalarının at oynatmağına şərait yaratmaz, onların fəaliyyətinin dayandırılması üçün çalışardı. Hər bir halda bu gün Ermənistan ərazilərində müxtəlif terrorçu birləşmələrin fəaliyyət göstərməsi və onların Azərbaycanla sərhədlərə yığılması bölgə ilə bağlı oynamaq istədiyi təhlükəli oyunları növbəti dəfə göstərir”.

Politoloq qeyd edib ki, bu təşkilatlar heç bir formada Azərbaycana zərər verə bilməz, çünki Azərbaycan ona qarşı törədilməsi planlanan provokasiyalara cavab vermək gücünə və qabiliyyətinə malikdir: “Bunu yaxın keçmişdə Azərbaycan Ermənistana və onun havadarlarına dəfələrlə sübut edib. Sadəcə olaraq, Ermənistan Azərbaycanla münasibətlərdə növbəti gərginlik yaratmaq, Azərbaycanı provokasiyaya cəlb etmək və dünyada növbəti dəfə “məzlum xalq”, “məzlum Ermənistan” obrazı yaradaraq yeni ianələr və qrantlar dilənmək məqsədi güdür”.

Tural İsmayılov hesab edir ki, terrorçuların hətta Ermənistan ərazisində fəaliyyət göstərməsi qəbuledilməzdir və beynəlxalq təşkilatlar buna sərt reaksiya verməlidir.
Geri qayıt