Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Keçmiş deputat vəzifəyə seçildi
Keçmiş deputat vəzifəyə seçildi15-04-2025, 15:56 |
![]() Kəlbəcər Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. "DİA-AZ" "Müsavat"a istinadən xəbər verir ki, konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqqalları və ziyalıları, eləcə də Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak ediblər. Konfransda təşkilati məsələlər müzakirə edilib. Kəlbəcər Rayon İcra Hakimiyyətinin sabiq başçısı, keçmiş millət vəkili Aqil Məmmədov səsvermə yolu ilə Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Qeyd edək ki, Aqil Məmmədov Yeni Azərbaycan Partiyasından 6-cı çağırış Milli Məclisin deputatı olub. ![]() Geri qayıt |