Əsas Səhifə > Ana xəbər / Güney Press > "Azərizolit"in keçmiş direktoru yenidən şirkətin rəhbərliyinə gətirilib
"Azərizolit"in keçmiş direktoru yenidən şirkətin rəhbərliyinə gətirilib24-03-2025, 12:05 |
![]() Dövlətə məxsus "Azərizolit" MMC-nin direktoru Şaiq İsmayılov vəzifəsindən azad edilib. "Report" xəbər verir ki, şirkətə rəhbərlik Yeganə Nuruyevaya həvalə olunub. O, bundan əvvəl də - 2024-cü ilin fevral ayına qədər "Azərizolit"ə rəhbərlik edib. Nizamnamə kapitalı 10 milyon manata yaxın olan "Azərizolit" 2023-cü ilin avqust ayına qədər "ASK İzolit" adı ilə fəaliyyət göstərib. “ASK İzolit” 2018-ci ildə Mingəçevir şəhərində yerləşən “Azərelektroizolit” zavodunun bazasında yaradılıb. Müəssisə elektroizolyasiya materialları istehsal edir. Geri qayıt |