Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Elm və Təhsil Nazirliyinin vəzifəli şəxsi də “QHT İşi” üzrə istintaqa cəlb edildi
Elm və Təhsil Nazirliyinin vəzifəli şəxsi də “QHT İşi” üzrə istintaqa cəlb edildi24-03-2025, 10:05 |
![]() Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova Baş Prokurorluğun İstintaq İdarəsində aparılan “QHT İşi” çərçivəsində istintaqa cəlb olunub. Bu barədə Gununsesi.info-nu məlumatlandıran mənbənin sözlərinə görə, Günel Səfərova da ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyindən (USAİD) qrant alan şəxslər siyahısında olub. Onun ötən həftə Baş Prokurorluqda 5 saata yaxın dindirildiyi bildirilir. Qeyd edək ki, 2021–2023-cü illər ərzində ETN yanında İctimai Şuranın sədri vəzifəsində çalışan Günel Səfərova Avrasiya Əməkdaşlıq Fondu, “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası kimi beynəlxalq təşkilatlarda layihə rəhbəri olub. Bundan əlavə, Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvü, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının “Qaçqınların sosial qiymətləndirilməsi” layihəsinin müqavilə üzrə rəhbəri kimi fəaliyyət göstərib. ATƏT-in müşahidəçilik missiyasında təmsil olunan Günel Səfərova “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədridir. Bundan başqa, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü olub. O, uşaq hüquqlarının müdafiəsi istiqamətində məktəblərdə qısnama, zorakılıq əleyhinə həyata keçirilən proqram və layihələrin idarəçiliyində iştirak edib. Geri qayıt |