Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > "Bizdə də Təhsil Nazirliyi LƏĞV OLUNMALIDIR..."
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > "Bizdə də Təhsil Nazirliyi LƏĞV OLUNMALIDIR..."

"Bizdə də Təhsil Nazirliyi LƏĞV OLUNMALIDIR..."


22-03-2025, 08:35
"Bizdə də Təhsil Nazirliyi LƏĞV OLUNMALIDIR..."
Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp Təhsil Nazirliyinin ləğvi prosesinə başlanması haqqında fərman imzalayıb. “DİA-AZ” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Təhsil Nazirliyinin yaradılmasından ötən 45 il sonra ABŞ təhsilə və bir şagirdə digər ölkələrdən daha çox pul xərcləyir. Uğur baxımından isə biz, siyahının ən sonundayıq”, - Ağ Ev rəhbəri qeyd edib.

Qeyd edilib ki, 1979-cu ildə ABŞ Konqresi tərəfindən yaradılmış Təhsil Departamenti dövlət məktəbləri üçün federal maliyyələşdirməyə nəzarət edir, tələbə kreditlərini idarə edir, aşağıgəlirli kollec tələbələrinə kömək etmək üçün proqramlar həyata keçirir. Həmçinin məktəblərdə irqi və ya cinsi ayrı-seçkiliyin qarşısını almaq üçün qanunları tətbiq edir. Tramp və Respublikaçılar nazirliyi “gənclərə irqi, cinsi və siyasi cəhətdən uyğun olmayan materialları təbliğ etməkdə” ittiham ediblər.

Onu da qeyd edək ki, Trampın belə bir addım atması Aərbaycanda da geniş müzakirələrə səbəb olub. Bu barədə müxtəlif rəylər səslənməkdədir.

Tanınmış ekspert Elçin Bayramlı isə anoloji addımın Azərbaycanda da atılmalı olduğunu qeyd edib. O, açıqlamasında deyir:

"Bizdə də Elm və Təhsil Nazirliyi ləğv edilməlidir, çünki fəaliyyəti nəticəsində ortada nə elm var, nə də təhsil.

ABŞ siyahının aşağısındadırsa, gör, biz harasındayıq..."

Geri qayıt