Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Dövlət Agentliyinin sədri özünə müşavir təyin edib

Dövlət Agentliyinin sədri özünə müşavir təyin edib


Bu gün, 11:42
Dövlət Agentliyinin sədri özünə müşavir təyin edib
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində yeni təyinat olub.

"Report" xəbər verir ki, Agentliyin sədri Elnur Bağırov özünə müşavir təyin edib.

Bu vəzifə İlqar Həsənova həvalə olunub.

O, 2022-ci ilin dekabr ayından İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışıb, bundan əvvəl isə Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşma İnstitutunda fəaliyyət göstərib.

E.Bağırov Prezident İlham Əliyevin 12 fevral 2025-ci il tarixli sərəncamı ilə Dövlət Agentliyinin sədri təyin edilib.

Geri qayıt