Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Sərhədlə bağlı məlumat yayıldı, İrəvan dərhal təkzib etdi

Sərhədlə bağlı məlumat yayıldı, İrəvan dərhal təkzib etdi


Bu gün, 08:27
Sərhədlə bağlı məlumat yayıldı, İrəvan dərhal təkzib etdi
Ötən gün Ermənistan-Türkiyə sərhədində yerləşən “Marqara” keçid məntəqəsinin martın 1-də açılacağına dair yayılan xəbərlər ciddi müzakirələrə səbəb oldu. İddialara görə, iki ölkə arasnda sərhədin açılması və burada vəziyyətə Milli Təhlükəsizlik Xidmətinin nəzarət etməsi planlaşdırılıb.

Ermənistan Xarici İşlər Nazirliyi isə yayılan məlumatların həqiqəti uyğun olmadığını bildirib. XİN-in açıqlamasında hazırda Ankara və İrəvan arasında bu məsələdə heç bir dəyişikliyin olmadığı qeyd edilir.

İki ölkə sərhədində XİN nümayəndələri və bir sıra rəsmi şəxslərin iştirakı ilə gizli görüşün keçirildiyinə dair məlumatın yayılmasından sonra bu məsələnin tez-tez gündəmə gəlməsi diqqət çəkir.

Mövcud vəziyyətdə Türkiyə Ermənistanla sərhədin açılmasına razılaşa bilərmi? Bu, hansı halda mümkündür?

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Zəngəzur dəhlizi ilə Azərbaycandan-Azərbaycana (Naxçıvan MR) maneəsiz gediş-gəliş təmin edilmədən, Bakı ilə sülh müqaviləsi imzalanmadan Türkiyənin Ermənistana sərhədlərini açması ehtimalı demək olar ki, yoxdur:

“Bakı və Ankara bölgədə kommunikasiyaların açılmasına vahid bir müstəvidən yanaşırlar. Bu prosesin tədricən həyata keçirilməsi, mövcud geosiyasi reallıqlar və etimadsızlıq mühiti çərçivəsində mümkünsüz görünür. Türkiyə üçün Ermənistanla sərhədlərin açılması iqtisadi cəhətdən də səmərəli deyil. İrəvanın bu baxımdan Ankaraya qazandıracağı heç nə yoxdur.

Türkiyəyə, indi daha çox alıcılıq qabiliyyəti olan böyük bazarlar lazımdır. Bu ölkənin bir şəhərinin, məsələn Bursanın əhalisinin sayı Ermənistan əhalisinin sayından xeyli çoxdur”.

Deputat bildirib ki, sözügedən informasiyaları iki kontesktdə dəyərləndirmək olar:

“Birincisi, belə məlumatlar Türkiyə-Azərbaycan münasibətlərində, xüsusilə də ictimai rəydə süni gərginlik yaratmaq üçün uydurulmuş bilər.

İkincisi isə odur ki, Ermənistan əhalinin reaksiyasının öyrənilməsi üçün bu kimi informasiyalardan istifadə edilmə ehtimalı var.

Bütün hallarda, bunlar feyk xəbərdir və heç bir əsası yoxdur”.

Geri qayıt