Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR...

Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR...


Dünən, 17:48
Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR...
Nəsimi rayonunun Cavadxan 17 ünvanında aparılan tikinti xeyli sayda sağlam ağacı məhv edə bilər.

"DİA-AZ" Qlobal.az-a istinadla xəbər verir ki, Cavadxan 17 ünvanında - yaşayış binalarının ortasında sakinlər üçün nəzərdə tutulduğu deyilən kiçik parkda aparılan tikniti işi normatıvlərə uyğun aparılmayıb.

Yaranmış vəziyyətdən narazı olan sakinlər Aidiyyatı qurumların - Şəhərsalma və Arxitektura Komitəsinin və Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi sözügedən obyektin tikinti barədə heç bir qanuni addım atmadığını deyirlər.

Sakinlər məsələ ilə bağlı dəfələrlə Ekologiya və Təbii Sərvətlər nazirliyinə müraciət etdiklərini, lakin heç bir tədbir görülmədiyini bildirirlər.

Hazırda içərisində bir neçə sağlam ağac olan sözügedən obyektin damında qırlama işləri aparılır.

Qlobal.az Ekologiya və Təbii Sərvətlər nazirliyindən Nəsimi rayonunun Cavadxan 17 ünvanında xeyli sayda sağlam ağacın aparılan inşaat işləri zamanı obyektin içərisində qalmasına münasibət öyrənib.

Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatında deyilir:

"Cavadxan küçəsi 17 saylı ünvanın qarşısındakı tikilinin içərisində ağacların dibinin betonlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb.

Ekologiya nazirliyi Nəsimi rayonunda ağacların məhv edilməsinin qarşısını niyə almır? -

Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR...

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı yaşıllıqların mühafizəsi qaydalarının pozulduğu və 3 ağacın dibinin betonlandığı müəyyən olunub. Faktla bağlı obyektin sahibi Elnur Məmmədov barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.

"Ağacların dibinin beton örtükdən təmizlənməsi, eyni zamanda yaşıllıqların tikintidən azad olunması və tikintinin qanunamüvafiq olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Nəsimi rayon İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həmçinin, Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət olunub”.

VİDEO: https://www.youtube.com/shorts/4SSARh866Lw

Geri qayıt