Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır?
Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır?Bu gün, 09:43 |
“Sahibkar bircə gün ödənişləri gecikdirən kimi Dövlət Vergi Xidməti onun hesabına sərəncam qoyur. Sahibkar pulu ödəyir, amma Vergi hesab üzərinə qoyulan sərəncamı ləğv etmək istəmir. Azı 10-15 gün süründürür. Gərək zəng edəsən, məktub yazasan, yalvarasan, ki, sərəncamı ləğv eləsinlər”. Gununsesi.info xəbər verir ki, bunu jurnalist Elçin Rüstəmzadə özünün sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, bu müddətdə hesab üzərindən heç bir əməliyyat aparmaq olmur: “Ödənişlər, kreditlər və s. gecikir, nəticədə cərimə faizləri gəlir. Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? Niyə məsələn, kommunal xidmətlərdə, internet, telefon ödənişində olduğu kimi məbləğ ödənildikdən dərhal sonra sərəncam ləğv olunmur. Ümumiyyətlə bir-iki gün gecikməyə görə niyə sərəncam qoyulub sahibkarın fəaliyyəti iflic edilməlidir? Bu, nə məntiqdir, nə yanaşmadır?” Geri qayıt |