Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Onun adı şübhəli tenderlərdə hallanır...
Onun adı şübhəli tenderlərdə hallanır...Bu gün, 00:20 |
Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Əmir oğlu Məmmədov vəzifəsindən azad edilib. “DİA-AZ” Oxu.az-a istinadən xəbər verir ki, sədr müavini 31 yanvar 2025-cü ildə müvafiq sərəncamla vəzifəsindən kənarlaşdırılıb. Qeyd edək ki, Bəhruz Məmmədov 2023-cü il 28 yanvarda Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi. O, müvafiq təyinatadək Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi müdirinin müavini vəzifəsində çalışıb. "DİA-AZ" xəbər verir ki, Bəhruz Məmmədovun bu postda tamı tamına 2 il qala bilməsi sosial şəbəkələrdə də müzakirə olunub. İddia olunur ki, B. Məmmədov məhz şübhəli tenderlərdə maraqlı tərəf kimi çıxış edib. Və bu yöndə araşdırma aparılır. Bu isə o deməkdir ki, cənab Məmmədovun görəcəyi günlər irəlidədir. Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin... Geri qayıt |