Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Rövşən Rzayevin rəhbərlik etdiyi şirkət hakim qarşısında: Keçmiş prezident nə istəyir?
Rövşən Rzayevin rəhbərlik etdiyi şirkət hakim qarşısında: Keçmiş prezident nə istəyir?29-01-2025, 09:25 |
"Balakhani Operating Company LTD" şirkətinin Azərbaycandakı filialının keçmiş prezidenti Walker James Alan və həmin şirkət arasında məhkəmə çəkişməsi davam edir. Pravda.az-ın xəbərinə görə, işə Yasamal Rayon Məhkəməsinin hakimi Aydan Oruclunun sədrliyi ilə növbəti dəfə fevralın 10-da baxılacaq. Mübahisənin mahiyyəti işə bərpa və əmək haqqı tələbidir. Şirkətin İctimaiyyətlə Əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilir ki, Kanada vətəndaşı Ceyms Alan Volker 2023-cü ilin 16 yanvar tarixindən etibarən Azərbaycan Respublikasının əmək qanunvericiliyinin müvafiq tələblərinə əsasən “Balakhani Operating Company LTD” şirkətində çalışıb, ölkədə müvəqqəti yaşayış icazəsi əsasında qalan əməkdaşın əmək müqaviləsinə 2023-cü ilin 01 dekabr tarixində müqavilə müddətinin bitdiyinə görə xitam verilib. Göründüyü kimi, məsələnin konkret səbəbini açıqlamayıblar. Qeyd: 2011-ci ildə dövlət qeydiyyatına alınan "Balakhani Operating Company LTD"nin hazırki qanuni təmsilçisi Rövşən Cəlil oğlu Rzayevdir. Geri qayıt |