Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Paşinyan “erməni soyqırımı”nı inkar edir
Paşinyan “erməni soyqırımı”nı inkar edir27-01-2025, 15:15 |
Ermənistanın baş naziri Nikol Paşinyan İsveçrədəki erməni icmasının nümayəndələri ilə görüşündə növbəti dəfə qondarma “erməni soyqırımı”nın əsaslarına müraciət edərək, “soyqırımın” nə üçün baş verdiyini, yaxud niyə və hansı şəraitdə baş verdiyini anlamaq lazımdırmı – deyə ritorik suallar qaldırıb. Musavat.com xəbər verir ki, bu sözlər Ermənistanda revanşist və bədnam “Ayakve” milli vətəndaş assosiasiyasının həmtəsisçisi Avetik Çalabyan tərəfindən səslənib. “İndi bu suallar məsum görünə bilər və daha çox tarixi maraq doğurur. Lakin reallıq ondan ibarətdir ki, bu suallar silsiləsi son nəticədə Ermənistanda Türkiyənin təsirinin güclənməsinə gətirib çıxarır” - deyə Çalabyan qeyd edib. Geri qayıt |