Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ermənistanın taleyini o müharibə həll edəcək
Ermənistanın taleyini o müharibə həll edəcəkBu gün, 07:11 |
“ABŞ-la Ermənistan arasında saziş imzalandıqdan sonra Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanı təhdidedici ritorika ilə Moskvaya dəvət etdi. Ötən gün isə Mirzoyan Moskvaya getdi”. Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Əli Zülfüqaroğlu Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın Rusiyaya səfəri və Moskvada həmkarı Sergey Lavrovla görüşünü şərh edərkən deyib. Ə.Zülfüqaroğlu bildirib ki, sözügedən saziş Moskva-İrəvan münasibətlərinə təsirsiz ötüşməyəcək: “Rusiya hazırda Ermənistanda ciddi təsir imkanlarına sahibdir və İrəvanın qərbmeyilli siyasəti Moskvanın strateji maraqlarını təhdid edəcək səviyyəyə yüksəlməyib. İstənilən halda Paşinyan xüsusilə iqtisadi müstəvidə Rusiyanın maraqlarını təmin etsə də, Qərblə münasibətlərini inkişaf etdirmək kursu yürütməsi və Birləşmiş Ştatları tədricən bölgəyə gətirməsi Moskvanı narahat etməyə bilməz. Ona görə də Kreml İrəvanın Qərblə Rusiya arasında var-gəl etməsinə təmkinli yanaşsa da, mövcud vəziyyətdən məmnun deyil. Rusiya-Ermənistan münasibətlərinin perpektivini, əlbəttə, Mirzoyanın Moskva səfəri müəyyənləşdirməyəcək. Burada Trampın Ukrayna məsələsində Rusiya siyasəti həlledici amil olacaq”. Geri qayıt |