Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb?
Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb?Bu gün, 11:41 |
Qarabağda özünü buraxmış keçmiş qondarma rejimin “lider”lərindən sayılan Vitali Balasanyan Azərbaycan, Ermənistan, Rusiyaya müraciət edib. Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb. V.Balasanyan məktubunda liderlərdən ermənilərin Qarabağa qaytarılmasını istəyib. Hətta Ermənistanda belə nüfuzunu itirən Balasanyanın bu addımı ermənilər arasında birmənalı qarşılanmayıb və gülüş doğurub. Qeyd edək ki, V.Balasanyan 2023-cü ilin sentyabrındakı antiterror əməliyyatından sonra Qarabağdan qaçan ilk separatçı liderlərdən olub. O, Azərbaycana qarşı müxtəlif cinayətlərdə, o cümlədən Xocalı soyqırımında iştirakda ittiham olunur. Maraqlıdır ki, uzun müddətdir səssizliyini qoruyan Vitali Balasanyan məhz indi hərəkətə keçib. Geri qayıt |