Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Paşinyan sübut etməyə çalışır ki...
Paşinyan sübut etməyə çalışır ki...Bu gün, 08:25 |
"Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Rusiyaya səfəri iki ay bundan çox əvvəl planlaşdırılıb". Bu barədə Ermənistanın XİN-in rəsmi nümayəndəsi Ani Badalyan məlumat verib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Lavrovun erməni həmkarının Moskvaya dəvət olunması ilə bağlı açıqlamasını belə şərh edib. Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanla Rusiya arasında münasibətlərdə müəyyən çətinliklərin olduğunu, lakin dialoqun davam etdiyini, yaxın vaxtlarda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Moskvaya səfərinin planlaşdırıldığını bildirmişdi. Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlıq xartiyası imzalanması həmçinin, Avropa İttifaqına üzvlüklə bağlı qanun layihəsinin Nazirlər Kabinetində təsdiq edilərək, parlamentə göndərilməsi göründüyü Ermənistan artıq Rusiya "orbit"indən çıxdığını sübut edir. Politoloq qeyd edib ki, Ermənistana Qərbdən “öz mövqeyini seçməlisən, Rusiyadan uzaqlaşmalısan” təlimatı verilib və hazırda bu istiqamətdə siyasət davam edir. Məhəmməd Əsədullazadənin fikrincə, Rusiya Ermənistanı itirmək istəmir və bu səbəbdən Avrasiya İqtisadi Təşkilatının tərkibində Ermənistanla çox ciddi əlaqələr qurur, yenə də Ermənistanla dialoqu davam etdirməyə çalışır. “Ermənistan xarici işlər naziri Rusiyaya deyil, Amerikaya səfər etdi. Düşünürəm ki, Lavrovun açıqlaması Rusiyanın Ermənistanı itirməmək üçün verdiyi mesajın tərkib hissəsidir. Ermənistan Lavrovun bu açıqlamasını ciddiyə almayacaq və Rusiyadan uzaqlaşmaq siyasətini davam etdirəcək. Rusiyanın cəhdləri müsbət nəticə verməyəcək. Ararat Mirzoyanın da Rusiyaya səfəri gözlənilmir. Çünki Rusiyaya gedib nə danışacaq və ya necə danışacaq?”-deyən politoloq hesab edir ki, Ermənistan artıq öz strateji prioritetini Avropa İttifaqı və ABŞ-la qurur. Geri qayıt |