Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycan MƏHKƏMƏ FÜRSƏTİNİ əldən verəcəkmi?

Azərbaycan MƏHKƏMƏ FÜRSƏTİNİ əldən verəcəkmi?


Dünən, 09:41
Azərbaycan MƏHKƏMƏ FÜRSƏTİNİ əldən verəcəkmi?
Levon Ter-Petrosyanın 1993-cü ilin iyulunda olmuş çıxışının indi üzə çıxan videosunun Azərbaycanda bu qədər sensasiya yaratması anlaşılan deyil.
Görünür, bu Ermənistanın birinci prezidentinin tərcümeyi-halı barədə məlumatsızlıqdan irəli gəlir. Halbuki bütün məlumatları onun rəsmi Vikipediya səhifəsində görmək olar.
Ter-Petrosyanın ailəsi Türkiyənin Hatay bölgəsindən olub və atası Hakob erməni "Hnçak" partiyasının silahlı dəstələrinin üzvü olub. Sonradan Suriyaya qaçan ailə orada məskunlaşıb.
Hakob Ter-Petrosyan fəaliyyətini Artin Madoyan və digərləri ilə birlikdə yaratdıqları Suriya Kommunist Partiyası sıralarında davam etdirib. Bundan sonra ailə 1947-ci ildə Ermənistan SSR ərazisinə köçürülüb.
Levon Ter-Petrosyan Irəvanda şərqşünaslıq fakültəsini bitirdikdən sonra Leninqrad Dövlət Universitetinin şərqşünaslıq fakültəsində dissertasiya müdafiə edərək elmi dərəcə alıb.
Bunlarla yanaşı bəzi detalları da bilmək kifayət edir ki, onun kim olduğunu anlayaq. Ərəb ölkələrindəki kommunist partiyalarının hamısı SSRİ xüsusi xidmət orqanlarının nəzarəti və çətiri altında fəaliyyət göstərib.
Bundan başqa, SSRİ-dəkı bütün şərqşünaslıq fakültələrinin kurasiyası ilə də SSRİ DTK-sı (KGB) məşğul olub.
Nəhayət, Levon Ter-Petrosyan Ermənistan prezidenti seçiləndə SSRİ-nin ləğvi barədə rəsmi qərar hələ yox idi.
Bizim üçün isə Levon Ter-Petrosyan Azərbaycan ərazilərinin işğalında və azərbaycanlılara qarşı etnik təmizləmə siyasətində əsas rolu oynamış hərbi cinayətkardır.
Sadəcə həmin videoda bütün bu cinayətlər barədə cinayətkarın özünün etirafları yer alıb. Özü də təkcə azərbaycanlılara qarşı deyil, həm də Azərbaycanda yaşamış ermənilərə qarşı.
Cinayətkar həmin videoda Azərbaycanda yaşayan ermənilərdən Ermənistana qarşı təzyiq vasitəsi kimi istifadə olunmaması üçün onların çıxarılmasına nail olduqlarını bildirir.
Indi qalır videodakı sübutları əsas götürərək Levon Ter-Petrosyan haqda Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etmək.

Ərəstun Oruclu - "DİA-AZ"

Geri qayıt