Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İş dövlət puluna gələndə... NİYƏ HƏR ŞEY BAHA OLUR?

İş dövlət puluna gələndə... NİYƏ HƏR ŞEY BAHA OLUR?


30-12-2024, 09:37
İş dövlət puluna gələndə... NİYƏ HƏR ŞEY BAHA OLUR?
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tədbirin təşkili və keçirilməsi ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.

32gun.az-ın məlumatına görə, müsabiqənin qalibi "FACEMARK" MMC olub.

Tərəflər arasında 43.730,8 AZN-lik müqavilə bağlanacağı gözlənilir.

Müsabiqəyə əsasən Komitəyə Zalın və foyenin icarə haqqı(1), Kofe breyk, Brandwall(1), qələm, qovluq və s alınmalıdır.

Bildirək ki, "Facemark" MMC-nin qanuni təmsilçisi Nigar Həsənova Rövşən Qızıdır, nizamnamə kapitalı 10 AZN-dir.

Xatırldaq ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevdir.


Geri qayıt