Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Məzahir Pənahov növbəti dəfə MSK sədri olmayacaq?

Məzahir Pənahov növbəti dəfə MSK sədri olmayacaq?


29-12-2024, 12:41
Məzahir Pənahov növbəti dəfə MSK sədri olmayacaq?
“Hazırda Azərbaycanda bələdiyyə seçkiləri gedir. Seçkilərinə Mərkəzi Seçki Komissiyası (MSK) nəzarət edir. Bələdiyyə seçkiləri başa çatsın, VII çağırış Milli Məclis tətildən qayıtsın, bundan sonra MSK-nın yenidən formalaşması barədə fikir söyləmək olar”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov Yeni Azərbaycan Partiyasının (YAP) növbəti dəfə Məzahir Pənahovu MSK üzvlüyünə namizədliyini irəli sürməyəcəyi barədə iddialara isə belə cavab verib: “Bu suala YAP rəhbərliyi cavab verə bilər. Mən o sözü deyə bilmərəm”.

Qeyd: 1951-ci il təvəllüdlü Məzahir Pənahov 24 ildir, MSK-ya sədrlik edir. Azərbaycan hökuməti M.Pənahovun əməyini yüksək qiymətləndirib, o, 2011-ci ildə “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunub.

Geri qayıt