Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Elsevər Ağayev hələ də səhiyyə sistemindən PUL QAZANIR
Elsevər Ağayev hələ də səhiyyə sistemindən PUL QAZANIR29-12-2024, 02:18 |
Səhiyyə Nazirliyi laboratoriya avadanlıqlarının satın alınması ilə bağlı "SEM-AZ" şirkəti ilə satınalma müqaviləsi bağlayacaq. Qaynarinfo-nun məlumatına görə, müqavilənin maliyyə dəyəri 109 950 manatdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "SEM-AZ” MMC 15 may 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Akademik Mustafa Topçubaşov küçəsi, ev 21, mənzil 37-də yelrəşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Anar Firkət oğludur. Anar Məmmədov həm də "SEM-AZ Laboratoriya Cihazları” MMC-nin qanuni təmsilçisidir. Onun barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur. Mediada yer alan iddialara görə, "SEM-AZ" səhiyyə nazirinin keçmiş müavini Elsevər Ağayevə bağlı şirkətdir. Bu iddialar indiyə qədər təkzib edilməyib Geri qayıt |