Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub
Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub27-12-2024, 17:50 |
Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub. “Report” un yerli bürosunun əldə etdiyi məlumata görə, bununla bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb. Bu vəzifəyə Səkinə Sadıxova təyinat alıb. Qeyd edək ki, S.Sadıxova bu təyinatadək TƏBİB-in İcraçı direktorunun müşaviri kimi fəaliyyət göstərib. O, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2016-cı ildə “Tərəqqi” medalı ilə təltif olunub. Xatırlada ki, bundan əvvəl tibb müəssisəsinin direktoru Azər İsmayılov idi. O, 2022-ci ildə bu vəzifəyə təyin olunmuşdu. Geri qayıt |