Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Mərkəzin direktoru təqaüdə GÖNDƏRİLDİ
Mərkəzin direktoru təqaüdə GÖNDƏRİLDİDünən, 15:18 |
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Etibar Sadığov təqaüdə göndərilib. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu münasibətlə keçirilən tədbirdə Etibar Sadığovu peşə təhsili sahəsində uzun illər ərzində göstərdiyi xidmət və gənclərin inkişafına verdiyi misilsiz töhfələrə görə təşəkkürnamə ilə təltif edib. E.Sadığov yetişdirilməsində xüsusi əməyi olan hər bir gəncin uğuruna doğma münasibət göstərdiyini dilə gətirib. E.Sadıqov bu məsuliyyətli vəzifəni icra etməyin onun üçün böyük şərəf olduğunu vurğulayıb. Agentliyin direktoruna xüsusi qayğı üçün təşəkkür edib və bundan sonra da öz zəngin təcrübəsini peşə təhsili sahəsindəki inkişaf üçün əsirgəməyəcəyini bildirib. Qeyd edək ki, Etibar Sadıqov 2014-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Onun rəhbərliyi dövründə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi təhsilin keyfiyyətinin yüksəldilməsi və tələbələrin peşəkar hazırlığı istiqamətində böyük nailiyyətlərə imza atıb. Geri qayıt |