Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Xankəndidə “cızılan plan” Tiflisə yönəldi
Xankəndidə “cızılan plan” Tiflisə yönəldiBu gün, 08:14 |
ABŞ, Avropa İttifaqı, AŞPA və xüsusilə Fransanın Azərbaycana qərəzli yanaşması davam etməkdədir. Xüsusilə Vaşinqton və Qərbdən səsləndirilən ittihamlar, Parisin İrəvana hərbi dəstəyini artırması Bakı ilə münasibətləri daha da gərginləşdirir. Gürcüstan və Ermənistandan fərqli olaraq Azərbaycanın Cənubi Qafqazda heç bir istiqamətə yönəlmədən və xarici qüvvələr arasında mübarizə meydanına çevrilmədən sadəcə müstəqil siyasət yürüdən ölkə olması beynəlxalq arenada xüsusi diqqət çəkir. Bu amil Qərbi qıcıqlandıran əsas detal kimi dəyərləndirilir. Adıçəkilən ölkələr və beynəlxalq qurumlarla konfrontasiya Azərbaycan üçün təhlükə vəd edirmi? Bakı hansı məqamlara söykənərək böyük güclərin təzyiqlərinə boyun əymir? Globlainfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Qərb ənənəvi “kökə və sopa” siyasətini tətbiq edərək dövlətləri öz nəzarəti altında saxlamağa cəhd göstərir: “İnsan haqları, demokratiya, korrupsiyaya qarşı mübarizə adı altında bölgələrə nüfuz etməyə çalışan Qərb təsisatları, asılılıq imkanları tapmadıqda elə eyni ideallarla da qarayaxma kampaniyasına başlayırlar. Bənzər ritorika bu gün Azərbaycana qarşı da müşahidə olunur. Gürcüstan nümunəsi isə bu ritorikanın əsl mahiyyətini ortaya qoymaq üçün kifayət etdi. Direktivlər yerinə yetirildiyi müddətdə həmin ölkəni demokratiyanın sürətlə inkişaf etdiyi ölkələr sıralamasına daxil etmişdilər. Lakin artıq vaxt yetişdi, Tbilisi reallıqları dəyərləndirməyə və yağlı vədlərin praktiki tərəfinin olmadığını anlamağa başladı. Kollektiv Qərbin demokratiyaya yanaşması da dəyişdi. Artıq Gürcüstan onlar üçün demokratiyanın ən kasad vəziyyətdə olduğu dövlətə çevrildi”. Politoloq vurğulayıb ki, Bakı qonşu və region dövlətlərlə ən yüksək səviyyədə diplomatik münasibətlər qurur və hansısa cinahdan göstərilən şərtlər əsasında siyasət aparmır: “Azərbaycan heç bir qüvvənin yardımı olmadan bölgənin dominant fiquruna çevrilir və bu günə qədər işğal faktoru üzərindən at oynatmağa çalışan qüvvələrin də ayağını kəsir. Bakı diplomatik münasibətlərdə heç bir ölkəyə qarşı qüsura yol verməyib. Həmçinin də Qərb dövlətləri ilə tarazlaşdırılmış xarici siyasət prinsipləri prioritet təşkil edir. Lakin bu ölkələr və ya təşkilatlar qərəz siyasətindən əl çəkmirsə, suverenliyimiz uğrunda mübarizəyə başqa “don geydirməyə” çalışırsa, işğal vaxtı işğalçıdan yana olub, saxta tarixə malik ermənilər üçün haqq təminatından danışırsa, adekvat reaksiyanın verilməməsi təbiidir. Həmin güclər işğalı dəstəkləyərkən əgər ərazi bütövlüyümüzü təmin etdiksə, Laçın yolundan qaçaqmalçılığı dəstəkləyərkən Xankəndidə Azərbaycan bayrağı asdıqsa, separatizmi dəstəkləyərkən “Dəmir yumruğu” ortaya qoyduqsa demək ki, bundan sonra da nəyəsə nail olmaqları mümkünsüzdür”. Geri qayıt |